Ana Sayfa > Karusel / Gündəm / Təhsil / M2 > Məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq

Məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq


28-07-2017, 10:04. Yazar: Xeberaz



Bakıda məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı 10 faiz artırılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, 2017-2018-ci tədris ilindən məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların ümumi sayı daha 10 faiz artırılaraq, 65 faizə çatdırılacaq. Artım, əsasən, Bakıətrafı ərazilərdə yaşayan uşaqların məktəbəhazırlıq qruplarına cəlbi hesabına olacaq.
İdarədən bildirilib ki, aparılan araşdırmalar da Bakının mərkəzi hissələrində yerləşən məktəblərə nisbətən ətraf qəsəbələrin ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarındakı uşaqların sayının az olduğunu göstərir. Həmin məktəblərdəki məktəbəhazırlıq qruplarında uşaqların sayını artırmaqla, onların I sinfə daha hazırlıqlı getməsi təmin olunacaq.
Ümumilikdə isə 2017-2018-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.


Geri dön