Ana Sayfa > Karusel / Gündəm / M2 / Fotogalereya > “Jara”-nın ilk günündə möhtəşəm konsert baş tutdu

“Jara”-nın ilk günündə möhtəşəm konsert baş tutdu


28-07-2017, 09:51. Yazar: Xeberaz


Bakının “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidindən sonra qala-konsert təqdim edilib.Ilk olaraq festivalın təşkilatçısı Emin Valeriya ilə “Bakıya qaçaq” mahnısını ifa ediblər. Daha sonra Emin və Qriqori Leps duet oxuyub.  
 
Sonra  Svetlana Loboda, Azad Şabanov, Ani Lorak, Timur Rodriges, Potap və Nastya və başqaları məşhur hitlərini təqdim ediblər.
 
Qala-konsertə Andrey Malaxov və Yana Çurikova aparıcılıq edib.
 
Qeyd edək ki, iyulun 28-də festival çərçivəsində qala-konsert və məşhur rusiyalı ifaçı Sofiya Rotarunun yubileyinə həsr olunmuş xüsusi proqram təqdim olunacaq. İyulun 29-da Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecəsi keçiriləcək.









Geri dön