Ana Sayfa > Karusel / İdman > Kamran Avroliqa üçün sifariş olundu

Kamran Avroliqa üçün sifariş olundu


27-07-2017, 14:44. Yazar: Xeberaz


Çexiyanın "Mlada Boleslav" klubu yeni transferi - millimizin üzvü  Kamran Ağayevi UEFA-ya sifariş edib.

Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib. 31 yaşlı qolkiper 30 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Çexiya mətbuatı Kamranla 1+1 illik müqavilə imzalandığını yazıb.

Əlavə edək ki, "Mlada Boleslav" - “Skenderbeu” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Geri dön