Ana Sayfa > Karusel / Şou-Biznes > Beyonse əkizlərinə 6 dayə tutdu, hər birinə 100 min verəcək

Beyonse əkizlərinə 6 dayə tutdu, hər birinə 100 min verəcək


27-07-2017, 14:04. Yazar: Xeberaz

"Əkizlər dəcəllik, kürlük edir, normal yatmırlar. Ona görə də qərara gəlindi ki, əkizlərə sutkada 24 saat qulluq üçün 6 dayə tutulsun. 3 dayə bir, 3 dayə isə digər əkizə baxacaq. Dayələrin hər biri 8 saat çalışacaq".
Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Noulsun meneceri belə deyib.
Beyonse və əri, milyarder reper, prodüser Cey Zinin qəbul etdikləri qərara görə, 6 dayənin hər birinə ildə 100 min dollar maaş veriləcək.
Beyonse iyun ayında Rumi və Ser adlı iki əkiz övladını dünyaya gətirib. Onun 5 yaşlı Blyu Ayvi adlı qızı da var.
Beyonse və əri bu yaxınlarda Los-Ancelesin Bel-Eyr səmtində superlüks villa alıblar. 1,86 hektar sahədəki villanın ilkin satış qiyməti 100 milyon dollardır.
Villada 8 yataq otağı, 11 vanna otağı, 4 hovuz, basketbol meydançası, səsyazma studiyası, spa və tennis kortu var.milli.az


Geri dön