Ana Sayfa > Karusel / Şou-Biznes > Cabir İmanov oğul atası oldu

Cabir İmanov oğul atası oldu


27-07-2017, 12:30. Yazar: Xeberaz

Əməkdar artisti Cabir İmanov üçüncü dəfə ata olub. 
Xeberaz.az-ın criminal.az-a istinadən məlumatına görə, onun oğlu dünyaya gəlib. 
C.İmanovun yeni doğulan övladına Cahangir adını verib.
Qeyd edək ki, bu, C.İmanovun ikinci evliliyidir. İlk dəfə Aida adlı xanımla ailə quran aktyorun bu nikahdan iki qız övladı var. 
Xatırladaq ki, C.İmanov yüksək rütbəli polis zabitidir. O, Daxili işlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin əməkdaşıdır, polis polkovnik-leytenantıdır.


Geri dön