Ana Sayfa > Karusel / Gündəm / Təhsil / M2 > Yanğınla bağlı təxliyə edilən abituriyentlər bu gün yenidən imtahan verir
Yanğınla bağlı təxliyə edilən abituriyentlər bu gün yenidən imtahan verir27-07-2017, 10:05. Yazar: Xeberaz |
Qeyd edək ki, iyulun 22-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan zamanı Bakının Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçılarının imtahan binasından təxliyə olunması, habelə Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin yenidən imtahan verməsi barədə qərar qəbul olunub. Geri dön |