Ana Sayfa > Karusel / Hadisə > Əri anası ilə birləşərək arvadını döydü, saçını qırxdı

Əri anası ilə birləşərək arvadını döydü, saçını qırxdı


25-07-2017, 11:01. Yazar: Xeberaz
Əri anası ilə birləşərək arvadını döydü, saçını qırxdı
Samux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.
Xəbəraz.Az”ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib. Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. 
Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.
Geri dön