Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > “Mətbuatın dostu” Müstəqil Milli Mükafatının təqdimetmə mərasimi keçirilib – FOTO

“Mətbuatın dostu” Müstəqil Milli Mükafatının təqdimetmə mərasimi keçirilib – FOTO


24-07-2017, 15:47. Yazar: Xeberaz


İyulun 22-də Milli Mətbuatın 142 illiyi münasibəti ilə “Mətbuat” firması tərəfindən “Romance Palace” restoranında “Mətbuatın dostu” Müstəqil Milli Mükafatının təsis etdiyi mükafatın təqdimetmə mərasimi keçirilib.
Xeberaz.Az xəbər portalının məlumatına görə, “Nicos” kosmetik vasitələri və “Run Group” şirkətini sponsorluğu ilə keçirilən tədbirdə 40 dan çox jurnalist diplom və hədiyyələrlə mükafatlandırılıb.
Tədbirin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyevin təbrik və təntənəli açılışından sonra mükafatlar sahiblərinə təqdim olunub.
PostNews.Az xəbər portalının baş redaktoru Fuad Mədətov da diplom alanlar arasında idi.
Bundan başqa, tədbirdə iştirak edən müğənnilər musiqi nömrələri ilə çıxış ediblər.
Tədbirin sonunda ise “Arçelik” şirkətindən təqdim olunan məişət avadanlıqlarıdan ibarət hədiyyələrin qalibi lotoreya vasitəsiylə müəyyənləşib.
Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.



Geri dön