Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Sabah Azərbaycanda 35-40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 35-40 dərəcə isti olacaq


27-06-2015, 13:55. Yazar: Xeberaz
Sabah Azərbaycanda 35-40 dərəcə isti olacaq
Hava proqnozu açıqlandı.

İyunun 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xeberaz.az -a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
Geri dön