Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Daha bir müğənnimiz Cennifer Lopezin libasından geyindi - VİDEO

Daha bir müğənnimiz Cennifer Lopezin libasından geyindi - VİDEO


24-07-2017, 11:11. Yazar: Xeberaz


Müğənni Sevda Yahyayeva yeni fotosessiyasının kadrarxası görüntülərini yayımlayıb.
 
Ffotosessiyada diqqətçəkən məqamlardan biri Sevdanın imicinin dünya ulduzu Cennifer Lopezin son obrazından götürülməsidir.
 
Müğənni bu yaxınlarda "Ni Tu Ni Yo" mahnısını təqdim edən Cey Lonun klipdəki libasının bənzərindən geyinib. Bu məqam sosial media istifadəçilərinin diqqətindən yayınmayıb.
 
Qeyd edək ki, S.Yahyayevanın imicini Anar Ağakişiyev, libası isə modelyer Fikrət Əliyev hazırlayıb. 
 
Xatırladaq ki, bir müddət əvvəl müğənni Xatirə İslam da Cennifer Lopezin geyindiyi libasın bənzərindən geyinmiş, sosial mediada tənqid olunmuşdu.





Geri dön