Ana Sayfa > Karusel / İdman / Foto-fakt > "Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - FOTO

"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - FOTO


24-07-2017, 11:08. Yazar: Xeberaz

"Qarabağ"ın yeni transferi Yakub Jezniçak dünən Ağdam rayonunun Ermənistan hərbçiləri tərəfindən işğal olunmasının 24-cü ildönümünə biganə qalmayıb.
Polşalı müdafiəçi özünün "Facebook" hesabından rəhbərlik və bir neçə futbolçu ilə birlikdə ziyarət etdiyi Şəhidlər Xiyabanının şəklini paylaşıb. 31 yaşlı oyunçu şəklin üzərinə isə bu sözləri yazıb: "24 il keçdi... Bu gün "Qarabağ" klubunun doğma məmləkəti olan Ağdamın ermənilər tərəfindən işğal olunduğu gündür".
Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a bu yay "Legiya"dan keçib.




Geri dön