Ana Sayfa > Karusel / Hadisə > Xırdalanda bina yandı: sakinlər təxliyə edilib

Xırdalanda bina yandı: sakinlər təxliyə edilib


24-07-2017, 10:46. Yazar: Xeberaz


Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 69 m2 olan, təmir işləri aparılan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən verilən  məlumata görə, yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön