Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər bu tarixdə imtahan verəcəklər RƏSMİ

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər bu tarixdə imtahan verəcəklər RƏSMİ


23-07-2017, 09:59. Yazar: Xeberaz


Dünən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.
 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə  keçiriləcək imtahanın tarixi də bəllidir.
 
“Dünən Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində  baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüsütlənmə olduğu üçün təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub”.
Geri dön