Ana Sayfa > Karusel / İdman / M2 / Foto-fakt > Üzgüçülərimiz 15-ci oldu

Üzgüçülərimiz 15-ci oldu


27-06-2015, 13:09. Yazar: Xeberaz
Üzgüçülərimiz 15-ci oldu
Xeberaz.az xəbər verir ki ,Bu gün Bakı-2015 I Avropa Oyunlarının üzgüçülük yarışlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Bakı Su İdmanı Mərkəzində Azərbaycan yığmasının üzvləri də start xəttinə çıxıb.

Dorian Fazekaş 50 metr məsafəyə sərbəst üsulla üzməkdə ilkin mərhələni adlamağı bacarmayıb. O, finiş xəttinə 24,53 saniyəyə çataraq, 60 idmançı arasında 53-cü olub.
a çalışacaq. Anna Mançenkova isə batterflyay üsulu ilə eyni məsafəni qət edib. 50 iştirakçının qatıldığı yarışda 49-cu olan təmsilçimiz 30,98 saniyə nəticə göstərib.

Yığmamız isə 4x100 metr məsafəyə kombinə olunmuş estafetdə qüvvəsini sınayıb. 3 dəqiqə 52,91 saniyə nəticə göstərən komandamız 17 iştirakçı arasında 15-ci yeri tutub.
Geri dön