Ana Sayfa > Karusel / Hadisə > Şabranda maşın aşıb, 6 nəfər xəsarət alıb

Şabranda maşın aşıb, 6 nəfər xəsarət alıb


22-07-2017, 19:04. Yazar: Xeberaz


Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Gəndob-Yalama yolunun 1-ci km-də baş verib.

 
"Mercedes" markalı maşınının aşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz, Şabran Mərkəzi Rayon xəstəxanalarına və Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan  3-ü azyaşlıdır.
 
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.



Geri dön