Ana Sayfa > Karusel / Gündəm > Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - iyulun 26-dək...

Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - iyulun 26-dək...


22-07-2017, 13:27. Yazar: Xeberaz




Ekologiya və Təbii Sərvətlər nazirliyi qarşıdakı günlərdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, iyulun 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5° aşağı enəcəyi gözlənilir.  
 
 
Ölkə üzrə gözlənilən hava şəraitinə gəlincə, iyulun 23-ü gündüzdən 25-dək bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4° aşağı enəcək.





Geri dön