Ana Sayfa > Karusel / Gündəm > Qızmar istilər davam edir - PROQNOZ
Qızmar istilər davam edir - PROQNOZ21-07-2017, 14:01. Yazar: Xeberaz |
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 557 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək. Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq, Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir. Geri dön |