Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Baş infeksionist: “Qarpız soyuducuda saxlanılmamalıdır”

Baş infeksionist: “Qarpız soyuducuda saxlanılmamalıdır”


21-07-2017, 11:53. Yazar: Xeberaz





“Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir”.  
 
Bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva deyib. O bildirib ki, bu ilin 6 ayında KTM-nin 2-ci yoluxucu şöbəsinə 13 nəfər botulizmdən, 71 nəfər qida zəhərlənməsindən, 395 nəfər mədə-bağırsaq pozulması ilə daxil olub. Şöbə müdiri əlavə edib ki, şöbədə qida zəhərlənmələrindən ölüm hadisəsi baş verməyib.
 
“Meyvə-tərəvəzlər, əsasən qarpız soyuducuda 2-6 saatdan çox qalmamalı, qarpız soyuducunun aşağı rəflərində saxlanılmalıdır. Qarpız soyuducuda saxlanılmasa, daha yaxşı olar”, – deyə G. Babayeva vurğulayıb.apa
 




Geri dön