Ana Sayfa > Karusel / İdman > Qəbələ növbətdi mərhələdə
Qəbələ növbətdi mərhələdə21-07-2017, 00:22. Yazar: Xeberaz |
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.Qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxıb. Polşada “Yagelloniya”nın qonağı olan “Qəbələ” vətənə möhtəşəm nəticə ilə dönüb. İlk oyunda evdə 1:1 heablı bərabərliyə razılaşan Roman Qriqorçukun yetirmələri səfərdə 2 cavabsız qola sevinib. Avropa Liqası II təsnifat mərhələsi, cavab oyunları 20 iyul “Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan) - 0:2 Qollar: İlqar Qurbanov, 18, Ozobiç, 89 Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya) Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika (hər ikisi Rumıniya) Dördüncü hakim: George Katalin Qaman (Rumıniya) UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika) Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro) Belostok. Şəhər stadionu İlk oyun – 1:1 “Yagelloniya”: 25. Marian Klemen, 6. Taras Romançuk, 8. Lukaş Burlika, 9. Arvidas Novikovas, 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya, 13. Pırjemislav Mistovski, 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan, 22. Rafal Qrzib Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç, 26. Martin Pospisil, 28. Karol Sviderski, 44. Lukaş Sekulski Baş məşqçi: İrenyus Mamrot “Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz, 45. Famussa Kone Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 20. Xuan Hernandez, 34. Urfan Abbasov Baş məşqçi: Roman Qriqorçuk Geri dön |