Ana Sayfa > Karusel / Şou-Biznes > Stilist Gülruhu arıqladan – PƏHRİZ

Stilist Gülruhu arıqladan – PƏHRİZ


20-07-2017, 23:05. Yazar: Xeberaz


İnstagramda etdiyi paylaşımla bir gecənin içində məşhurlaşan stilist-vizajist Gülruh Nəcəfova bir günlük diet proqramını bizimlə bölüşüb.Xəbəraz.Az məlumat verir ki, mədə kiçiltmə əməliyyatı nəticəsində 26 kq arıqlayan stilist bundan sonra da artıq çəkidən xilas olmaq niyyətindədi: "Mədəmi balacalaşdırmışam deyə, həkimin pəhrizi ilə qidalanıram. Deməli səhər 4 zeytun, balaca dilim pendir, yarım pomidor, bir neçə qurtum süd. Günortaya yaxın yoqurt yeyirəm. Nahara yarım kasa şorba içirəm. Axşama yaxın isə salat və 50 qr ət qızartması yeyirəm. Yəni ac qalmıram". Amma stilist - vizajist Gülruh hələ 20 kilo da arıqlamaq fikrindədir. Qeyd edək ki, stilist - vizajist ötən ilin qışında Bakıda yerləşən özəl “Medera Hospital” klinikasında peşəkar həkim Fərid Quliyev tərəfindənmədə kiçiltmə əməliyyatı həyata keçirilib.
Geri dön