Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Olimpiya çempionumuz maşınla ata, ana və uşağını vurdu - BAKININ MƏRKƏZİNDƏ - FOTO

Olimpiya çempionumuz maşınla ata, ana və uşağını vurdu - BAKININ MƏRKƏZİNDƏ - FOTO


20-07-2017, 11:25. Yazar: Xeberaz


 
Bakıda avtomobil ata, ana və 3 yaşlı uşağı vurub. Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Füzuli küçəsində baş verib. naməlum avtomobil 1986-ci il təvəllüdlü Məmmədov Nicat Novruz oğlunu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızını və 3 yaşlı oğlu Hüseyni vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Xeberaz.Az sportnet.az-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina olub. O, 1976-cı ildə SSRİ yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.







Geri dön