Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - FOTO

Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - FOTO


18-07-2017, 16:27. Yazar: Xeberaz


ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlova "Gelandewagen" markalı bahalı avtomobili ilə görüntülənib.
 
Xəbəraz.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ağ rəngli son model maşında müğənni Natavan Həbibinin toy məclisinə yollanıb.
 
İ.Bədəlova bu avtomobilini artıq bir müddətdir idarə edir. "Gelandewagen"in orta qiyməti 100-150 min manat arasında dəyişir. Daha bir diqqətçəkən və ən önəmli məqam isə ondan ibarətdir ki, aparıcı avtomobilini "AA" seriyalı dövlət nömrə nişanı ilə sürür. Maşının üzərindəki nömrə 90-AA-518-dir.
 
 
Həmçinin qeyd edək ki, İ.Bədəlova ATV-də "Həkimsən" verilişinə aparıcılıq edir. Veriliş həftəiçi hər gün canlı yayımlanır. O, bu maşını ilə bir neçə fotosunu sosial şəbəkədə paylaşıb. Buna baxmayaraq, nömrə düşən hissəni qara rənglə işarələyib.




 




 
Geri dön