Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Təzə, dərmansız bananı belə seçin - Məsləhət

Təzə, dərmansız bananı belə seçin - Məsləhət


18-07-2017, 11:44. Yazar: Xeberaz
Təzə, dərmansız bananı belə seçin
Banan ən çox sevilən meyvələrdəndir. Banan əhval-ruhiyyəni yüksəldir, diqqəti cəmləyir, gücü artırır, orqanizmi təmizləyir. Ancaq güclü tərkibi olmasına baxmayaraq, qəbzlik problemi olanlara, daim quru qidalara üstünlük verənlərə banan yemək məsləhət deyil.
Digər bir problem bananın köhnəliyi-təzəliyi ilə bağlıdır.  Çünki müasir dövrdə meyvələrin üstünə köhnəldiyini gözlətmək üçün kimyəvi maddələr vurulur. Bu da seçim etmək imkanımızı məhdudlaşdırır. Bəs təzə bananı necə seçək?
Yəqin ki, bananın qabığını soyarkən içində ağ liflər olduğunu görmüsünüz. Ağ liflər bananın orta hissəsində şirintəhər dadda olur və floema adlanır. Floemanın insan orqanizmi üçün heç bir ziyanlı tərəfi yoxdur. Həmçinin təzə, cavan bananların tərkibində olur. Banan alarkən içindən bu ağ liflər çıxmırsa, seçdiyiniz banan köhnəlmiş sayılır.
(metbuat)



Geri dön