Ana Sayfa > Karusel / Maraqlı / M2 / Xəbəraz TV > Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə (VİDEO)

Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə (VİDEO)


18-07-2017, 11:32. Yazar: Xeberaz
 
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.
Xəbəraz.Az baku.ws istinadən  məlumatına görə, təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.
"Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb”, - deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.
Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şosse velosipedçisi, Synergy Baku Cycling Project komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.


Geri dön