Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Azərbaycan toylarında yeni DƏB: Natavan Həbibi 3 gəlinlik geyindi –VİDEO

Azərbaycan toylarında yeni DƏB: Natavan Həbibi 3 gəlinlik geyindi –VİDEO


18-07-2017, 10:01. Yazar: Xeberaz


Xəbər verdiyimiz kimi dünən paytaxt restoranlarının birində müğənni Natavan Həbibi ilə reper Səid Əliyeyin toy mərasimi baş tutub.
Ifaçının toyu xüsusilə 3 gəlinlik geyinməsi ilə yadda qalıb. Natavan Həbibi üç hissədən ibarət olan toyu üçün 3 ayrı gəlinlik seçib. Birini nikahın bağlanmasında, digərini xına mərasimində, sonuncunu isə əyləncə hissəsində geyinib. Gəlinliklər müxtəlif olsa da, fasonları bir-birinə bənzər seçilib. İfaçının saç və makiyajı üzərində isə stilist və rəssam Nərmin İbrahimova işləyib.
Xatırladaq ki, bu yaxınlarda Burak Özçivitlə ailə quran Fahriye Evcen də toyunda 3 gəlinlik geyinməsi ilə diqqət çəkmişdi. Eyni addımı öz toyunda da tətbiq edən Natavan Həbibi bununla da Azərbaycan toylarına gəlinlər üçün yeni ənənə gətirib.






Geri dön