Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Dəhşətli qəza keçirtdiyi deyilən Şəbnəm Tovuzlunun SON DURUMU - FOTO - YENİLƏNİB

Dəhşətli qəza keçirtdiyi deyilən Şəbnəm Tovuzlunun SON DURUMU - FOTO - YENİLƏNİB


17-07-2017, 12:47. Yazar: Xeberaz

12:37
Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya düşdüyü və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi deyilən müğənni Şəbnəm Tovuzludan xəbər var.
Müğənninin vəziyyəti qənaətbəxşdir.
Xəbəraz.Az bildirir ki, bunu yenicag.az-a açıqlamasında müğənninin xalası qızı Aytac deyib:
"Şəbnəm yaxşıdır, xəstəxanadadır, yəqin sabah çıxar. Qəza zamanı yüngül xəsarət alıb".
Big.az-ın xəbərinə görə müğənninin idarə etdiyi "Mercedes Viano" maşını qarşılarına çıxan VAZ 2107 avtomobili ilə toqquşub.
------------
11:14
Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb. 
Qəflətən qarşılarına çıxan "VAZ 2107" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub. 
Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.
Müğənninin şok yaşadığı deyilir.
Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.
Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi.



Geri dön