Ana Sayfa > Karusel / Gündəm > Qızmar hava davam edəcək - XƏBƏRDARLIQ

Qızmar hava davam edəcək - XƏBƏRDARLIQ


17-07-2017, 12:34. Yazar: Xeberaz


İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.
 
Şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
ETSN-dənXəbəraz.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir.Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu  təşkil edəcək.Nisbi rütubət  gecə 55-65%,  gündüz  35-45 % olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.
Geri dön