Ana Sayfa > Karusel / Maraqlı / M2 / Xəbəraz TV > Lənkəranskinin toyda rəqs edərkən çəkilmiş görüntüləri ortaya çıxdı - VİDEO

Lənkəranskinin toyda rəqs edərkən çəkilmiş görüntüləri ortaya çıxdı - VİDEO


17-07-2017, 11:11. Yazar: Xeberaz
 Lənkəranskinin toyda rəqs edərkən çəkilmiş görüntüləri ortaya çıxdı
Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.
Videodan görünür ki, Rövşən Lənkəranski toyda dost-tanışları ilə rəqs edir.
17 il əvvəl çəkilən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İnsanların daha çox diqqətini "Qanuni oğru”nun ədəb-ərkanla rəqs etməsi, ətrafındakı insanlara hörmətlə yanaşması çəkib.
Xatırladaq ki, 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində R.Lənkəranski otellərdən birində keçirilən toplantıda iştirak edib və "90-ND-011" dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Rövşən Lənkəranski hadisə yerində həyatını itirib.



Geri dön