Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda sərnişin avtobusu aşıb - yaralılar var - YENİLƏNİB

Azərbaycanda sərnişin avtobusu aşıb - yaralılar var - YENİLƏNİB


17-07-2017, 10:35. Yazar: Xeberaz

08:33
Siyəzən rayonunda baş vermiş hadisədə yaralanmış daha iki nəfərin kimliyi məlum olub. Bunlar 1982-ci il təvəllüdlü Elçin Balabəyov və 1988-ci il təvəllüdlü Cavid Əzimovdur.
---------
00:08
Siyəzən rayonunda ağr yol qəzası baş verib.
Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən Mercedes markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfər yaralı olduğu bildirilib. 
Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib. 
Baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları bəlli olub. Hadisə zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. Yaralanan şəxslərin bəzilərinin adları:
Salamov Pərviz Fəxrəddin oğlu- 1990 təvəllüdlü
Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü
Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü
Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü
(report)


Geri dön