Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > İsti hava şəraiti sitrus meyvələrinə ciddi təsir edib - VİDEO

İsti hava şəraiti sitrus meyvələrinə ciddi təsir edib - VİDEO


16-07-2017, 18:02. Yazar: Xeberaz

Son günlər cənub rayonlarında temperaturun yüksəlməsi naringi və portağal bağlarına təsir edib.
Artıq iki həftəyə yaxındır ki, naringi və portağal ağaclarında olan kiçik meyvələr saralıb tökülməyə başlayıb. Təsərrüfatçılar deyir ki, belə davam edərsə bu il naringi bağlarında məhsul ən azı 2 dəfə aşağı olacaq.
Naringi və portağal meyvəsində əsasən üst tərəfdə, günəş şüalarının birbaşa təmas etdiyi hissədən meyvələr saralıb tökülür və gün ərzində ağacların dibində vaxtından əvvəl, yetişməmiş tökülən çox sayda meyvələrə rast gəlinir.Digər tərəfdən, nəmişlik də ağaclara təsir göstərir.
Qazancının bir xeyli hissəsini sitrus bağları təşkil edən Lənkəran-Astara təsərrüfatçıları bu il məhsuldarlığın aşağı düşməsinin qiymətlərə də təsirsiz ötüşməyəcəyini bildirirlər. Vəziyyət bu cür davam edərsə, naringinin qiymətinin 2 dəfəyə qədər artma ehtimalı var.(xezerxeber)


Geri dön