Ana Sayfa > Karusel / Hadisə / Dünya > Havay adalarında güclü yanğın: ölənlər və yaralılar var

Havay adalarında güclü yanğın: ölənlər və yaralılar var


15-07-2017, 10:27. Yazar: Xeberaz

Havay adalarının paytaxtı Honoluludakı çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğın zamanı azı 3 nəfər ölüb.
Bu barədə "Honolulu Star-Advertiser" nəşri məlumat yayıb.
Nəşrin xəbərinə görə, iki nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə həkimlər cəlb edilib.
Yanğınsöndürmə xidmətinin rəisi Devid Cenkins bildirib ki, alovun söndürülməsinə azı 100 yanğınsöndürən cəlb edilib. Yerli vaxtla saat 14:15-də başlamış alovun söndürülməsi 3 saat ərzində mümkün olmayıb.
Binanın 26-cı mərtəbəsində başlamış yanğın sonradan 25-28-ci mərtəbələrə yayılıb.


Geri dön