Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Avtomobil piyadanı vurdu - Lənkəranda - YENİLƏNİB - FOTO

Avtomobil piyadanı vurdu - Lənkəranda - YENİLƏNİB - FOTO


15-07-2017, 10:25. Yazar: Xeberaz

09:41
Lənkəran rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub.
Hadisə Zərifə Əliyeva küçəsində baş verib. 
Belə ki, şəhərin Hənifə Abdullayeva küçəsinin sakini, 1973-cü il təvəllüdlü Bahar Balamirzə qızı Həbibovanı 42-BO-833 dövlət qeydiyyat nömrəli "Hyundai-Elantra" markalı avtomobil vurub. Sürücü dərhal təcili tibbi yardım stansiyasına məlumat verib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
----------
09:27
Lənkəranda avtomobil piyadanı vurub.
Hadisə  "Mikrorayon" deyilən ərazidə baş verib.
 
Qadın yolu keçmək istəyərkən onu avtomobil vurub. O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin orta-ağır olduğu deyilir.
 
Xəsarət alan şəxsin hələlik kimliyi məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.  report



Geri dön