Ana Sayfa > Karusel / Hadisə > 69 yaşlı qadın özünü şalı ilə asdı

69 yaşlı qadın özünü şalı ilə asdı


15-07-2017, 10:17. Yazar: Xeberaz


 
Bakıda qoca qadın özünü şalı ilə asaraq intihar edib.
 
 
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
 
 
Belə ki, Bakıxanov qəsəbəsində yerləşən evlərin birində yaşayan 1948-ci il təvəllüdlü Budaqova Flora İsmayıl qızı özünü başındakı şal ilə yataq otağında asaraq öldürüb. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. 
 
 
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.report






Geri dön