Ana Sayfa > Karusel / İbadət > Bəndənin haqqı və halallıq almaq dini cəhətdən necə olmalıdır?

Bəndənin haqqı və halallıq almaq dini cəhətdən necə olmalıdır?


14-07-2017, 19:43. Yazar: Xeberaz

Halallaşmaq ancaq sözlə olmur. Əvvəlcə haqqın nə olduğunu demək, yəni, bildirmək lazımdır. Əgər borc məsələsidirsə və həmin borc ödənirsə, tərəf müqabil haqqını halal etməsə də, halallaşma baş verir.
Zərər aradan qaldırılmadan: “Nə olar, haqqını halal et”, – deyildiyi vaxt o biri tərəf (digər şəxs) ya susmağa məcbur olur, ya da daxilən halal etmək istəmədiyi halda: “Halal olsun əşi, o nə söhbətdir!”, – deyə cavab verir. Tərəf müqabili bu cür çətin vəziyyətdə qoyub halallıq diləmək halallaşmaq deyil.
Müsəlmanın borcudur ki, heç kəsin haqq-hüququnu tapdamasın. Belə bir hal baş versə, hər şeydən əvvəl başqasına/başqalarına vurulan ziyan aradan qaldırılmalıdır. Sonra o şəxsdən/şəxslərdən halallıq istəmək lazımdır. Bunun ardınca da tövbə-istiğfar etmək lazımdır. Başqa sözlə desək, insan Allahdan onu bağışlamağını diləməlidir. Əsas məsələ axirətdə Allahın bütün günahlarını bağışlayacağı bəndələrdən olmaq üçün çalışmaqdır.
Geri dön