Ana Sayfa > Karusel / Gündəm / İdman > "Qarabağ"ın rəqibi bilindi

"Qarabağ"ın rəqibi bilindi


14-07-2017, 14:46. Yazar: Xeberaz


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Xəbəraz.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi ilk matçda 5:0 hesabı ilə məğlub etdiyi "Samtredia"nı keçsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.

Ağdam təmsilçisi növbəti mərhələyə adlasa, ilk matç Bakıda olacaq.

İlk oyunlar 25 - 26 iyulda, cavab matçları 1 - 2 avqustda keçiriləcək.
Geri dön