Ana Sayfa > Karusel / Şou-Biznes > Əri həbsdə olan Zenfira: "Bir gün qaldı"

Əri həbsdə olan Zenfira: "Bir gün qaldı"


14-07-2017, 13:37. Yazar: Xeberaz
Əri həbsdə olan Zenfira:  "Bir gün qaldı"


Müğənni Zenfira İbrahimovanın həbs edilən idmançı əri Anar Heydərov sabah azadlığa buraxılacaq.
Bu haqda ifaçı özü xəbər verib. O, həyat yoldaşı üçün darıxdığını vurğulayıb:
“Son bir gün qaldı, İnşallah. Çox darıxmışam. Anar, mənim üçün həqiqətən də sənsiz həyatın mənası yoxdur”.
Qeyd edək ki, A.Heydərov iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikleti ilə Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla” işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər. Onun sürücülük vəsiqəsində motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə qərarı ilə A.Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.


Geri dön