Ana Sayfa > Karusel / Hadisə > Bakıda görünməmiş hadisə: eyni vaxtda 90 ketotifen həbi içdi

Bakıda görünməmiş hadisə: eyni vaxtda 90 ketotifen həbi içdi


14-07-2017, 12:36. Yazar: Xeberaz


Bakıda 31 yaşlı kişi eyni vaxtda 90 ketotfen həbi içib. Hadisə Bülbül prospekti 2 ünvanının qarşısında - Sahil bağında baş verib. Xəzər rayon Binə qəsəbə sakini, 1986-cı il təvəllüdlü İsmayılov Nəsimi Maarif oğlu parkda olarkən 90 ədəd ağrıkəsici kimi istifadə etdiyi ketotifen həbi qəbul edib. Huşsuz vəziyyətdə qalan şəxs əraziyə cəlb edilmiş təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
 
Bildirilir ki, N.İsmayılov bədənindəki ağrılardan qurtulmaq üçün həmin həbləri içib.





Geri dön