Ana Sayfa > Karusel / Hadisə / M2 > Rəis müavini qəzaya düşdü

Rəis müavini qəzaya düşdü


19-03-2015, 20:20. Yazar: Xeberaz


Rəis müavini qəzaya düşdü


Faktla bağlı araşdırma aparılır.


Fizuli rayonunda yol qəzası baş verib.


Xeberaz.az  xəbər verir ki, Fizuli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol qəzası rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.


Fizuli Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlərlə iş üzrə müavini, polis mayoru İsa Hacıyevin idarə etdiyi 90-AT-677 dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı xidməti avtomobillə rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Məhəmməd oğlu Əliyevin idarə etdiyi “Opel ” markalı avtomobil toqquşub.


Qəza nəticəsində “Opel” markalı maşının sürücüsü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Əşrəf Həsən oğlu Şahbazov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.


Faktla bağlı araşdırma aparılır.

Coşqun Mənsimov


Geri dön