Ana Sayfa > Karusel / Hadisə > 5-ci mərtəbədən yıxıldı, sağ qaldı-Tovuzda

5-ci mərtəbədən yıxıldı, sağ qaldı-Tovuzda


13-07-2017, 19:41. Yazar: Xeberaz

Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.
 
Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
 
Məlumata görə, sabah N. Abbaszadənin xalası qızının evində təmizlik işləri aparırmış.
 
Faktla bağlı araşdırma aparılır.
Geri dön