Ana Sayfa > Karusel / Şou-Biznes > “Bozbash pictures” ilk dəfə...

“Bozbash pictures” ilk dəfə...


13-07-2017, 16:06. Yazar: Xeberaz

“Bozbash pictures” ilk dəfə...
“Bozbash pictures” komandası yeni komediya filminin çəkilişlərinə hazırlaşır.
Çəkilişlər avqustda başlayacaq.
Aktyor İlkin Həsəni bu dəfə rejissor kimi Emil Quliyevlə çalışacaqlarını bildirib:
“Dayanmırıq, işləyirik. Növbəti macəra komediyasını çəkirik. Artıq dördüncü böyük film layihəmizdə bizimlə çiyin-çiyinə olan yazar dostlarımız Ənvər, Elnur, Samid və Tərlan yenə də fısqırıq bir mövzu ortaya çıxardılar. İlk dəfə bizimlə işləyəcək yeni quruluşcu rejissorumuz Emil Quliyev dedi ki, yazmaq sizdən, çəkmək məndən. Uzun sözün qısası, bizə avqustda uğur arzulayın. Çətin bir işin altına giririk. 2018-ci ilin martında bizi gözləyin”.
Qeyd edək ki, “Bozbash pictures” komandasında İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli yer alırlar. 


Geri dön