Ana Sayfa > Karusel / Şou-Biznes > Xalq artisti KÖVRƏLTDİ: "Ölümümü gözləyirəm"

Xalq artisti KÖVRƏLTDİ: "Ölümümü gözləyirəm"


13-07-2017, 12:11. Yazar: Xeberaz

Uzun müddətdir ki, xəstəliklə mübarizə aparan xalq artisti, tanınmış xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb.
Ustad xanəndə həyatından şikayət etmədiyini deyib:
"Daha üzü 89-a doğru gedirəm. Az yaş deyil e... Bu yaşda hər kəs xəstə olur. Xəstəliyin də adı - qocalıqdır. Mənim də diaqnozum odur. Qoca kişiyəm, evdə oturub ölümümü gözləyirəm. Hərdən başımı qatmaq üçün Əliağa Vahidin qəzəllərini oxuyuram. Televizorda köhnə lent yazılarımı verəndə qulaq asıram. Nəvələrim, uşaqlarım yanıma gəlir, beynimi açmağa çalışırlar. Amma heç vaxt kədərlənmirəm, çünki Allah verdiyi ömrü ürəyim istəyən kimi yaşamışam, heç vaxt həyatımdan şikayətçi olmamışam. Ölüm də Allahın əmridir, nə vaxt gəlsə canımı alsın".
Qeyd edək ki, uzun müddətdir ki, xalq artistinin səhhətində problemlər yaranıb. Xanəndə ev şəraitində müalicə olunur".yenicag



Geri dön