Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb - SİYAHI

Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb - SİYAHI


13-07-2017, 10:48. Yazar: Xeberaz


Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.
 
Apa-nın məlumatına görə, hadisə nəticəsində Tuhid Əliyev, Şahid Qəhrəmanov, Azad Abdulleyev və Ramiz Xudaverdiyev ölüb, Zaur adlı şəxs 1 saylı şəhər Klinik Xəstəxanasına, Aqilə Qəhrəmanova isə Respublika Klinik Xəstəxanasına  yerləşdirilib.
   
***
 
09.06
 
Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.
 
Apa-nın nazirliyini saytına istinadən verdiyi xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:00-da başa çatıb.
***
 
06.10
 
Salyanda baş verən ağır yol qəzasında  ölənlərdən ikisinin kimliyi məlum olub
 
Apa-nın məlumatına görə, bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü  Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.
 
Digər ölən və yaralıların şəxsiyyətləri müəyyənləşdirilir. 
 
***
 
05:16
 
Salyan rayonunda ağır yol qəzası baş verib.
 
Apa-nın məlumatına görə, hadisə Ələt-Astara yolunda qeydə alınıb. “Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
 
Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb. 
 
Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləridir. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub.  Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib.
 
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır.
 
Qəzanın səbəbləri müəyyənləşdirilir. 
 
 
***
 
03:29
 
Ələt-Astara yolunda ağır  yol qəzası baş verib.
 
Apa-nın məlumatına görə, hadisə Salyan rayonu ərazisində qeydə alınıb.
 
İlkin məlumata əsasən, avtomagistralda mikroavtobusla “KamAZ” toqquşub.
 
Qəzanın təfərrüatları müəyyənləşdirilir.




Geri dön