Ana Sayfa > Karusel / Maraqlı > Leonid Yakuboviç Bakıda "Qarabağ"a azarkeşlik etdi

Leonid Yakuboviç Bakıda "Qarabağ"a azarkeşlik etdi


12-07-2017, 14:17. Yazar: Xeberaz
 
Rusiyanın məşhur "Pole çudes” yarışmasının aparıcısı Leonid Yakuboviç Bakıya gəlib.
Aparıcı Tofiq Bəhramov adına Respublika Stadionunda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ” – "Samtredia” oyununu canlı izləyənlər arasında yer alıb. Yakuboviçin fotoları sosial şəbəkədə yayılıb. Qeyd edək ki, görüş "Qarabağ" klubunun 5:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Oyunun 10-cu dəqiqəsində ağdamlıların oyunucusu Əfran İsmayılov penaltini qola çevirib. Oyunun 37 və 45-ci (pen.) dəqiqələrində "Qarabağ"ın hücumçusu Dino Ndlovu dubl edib.
83-cü dəqiqədə Wilde-Donald Guerrier komandasının 4-cü qolunu vurub - 4:0. Oyunda son nöqtəni 90-cı dəqiqədə Miçel qoyub - 5:0.

Geri dön