Ana Sayfa > Karusel / Səhiyyə > Adi ÇAY bu 3 pozulmanı müalicə edir. Faydalanın!

Adi ÇAY bu 3 pozulmanı müalicə edir. Faydalanın!


12-07-2017, 14:03. Yazar: Xeberaz
b_520_0_16777215_0___images_stories_Maraqlixeber_cay_3.jpeg
Hər gün içdiyimiz çay saysız faydalı və müalicəvi xüsusiyyətlərə malikdir. Elmi araşdırmalar göstərib ki, həm qara, həm də yaşıl çayın güclü xərçəng əleyhinə xüsusiyyətləri var.
Çay beyin üçün ən faydalı içki hesab olunur.
Bəzi pozulmalar zamanı adi qara çay əsl ilk tibbi yardım vasitəsi kimi istifadə oluna bilər.
Bu pozulmalar arasında:
1. Arterial təzyiqinin enməsi zamanı tünd çay təzyiqin normallaşmasına kömək edir. Belə vəziyyətlərdə təzə dəmlənmiş tünd çayı təcili yardım vasitəsi kimi istifadə oluna bilər. Çayın tərkibində olan kofein təzyiqin qalxmasına kömək edir.
2. Spazmala əlaqədər olan baş ağrısı, gərginlik baş ağrısı, miqren zamanı da çay çox yaxşı kömək edir. Çay damarları genişləndirir, spazmı aradan qaldırır. Başınız ağrıyırsa, 1 fincan təzə çay için və bir qədər uzanın. Bir müddətdən sonra ağrının azalmasını hiss edəcəksiniz.
3. Mədə və bağırsaq spazmları zamanı da çay yaxşı müalicəvi vasitədir. Qarnınız ağrıyırsa, təzə dəmlənmiş çay için. Bu ağrıları azaldacaq.
(saglamolun.az)
Geri dön