Ana Sayfa > Karusel / İdman > UEFA-nın yeni reytinqi: Azərbaycan irəlilədi

UEFA-nın yeni reytinqi: Azərbaycan irəlilədi


12-07-2017, 13:59. Yazar: Xeberaz


UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib. 

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubuna 5:0 hesabı ilə qalib gəlməsi ölkəmizə 0.250 xal qazandırıb. Bununla da cari mövsüm toplanan xalımız 1,250-yə çatıb.

Son 5 mövsümün nəticələrinə görə 16,000 xalı olan Azərbaycan iki pillə irəliləyərək 21-ci yerə yüksəlib. Bolqarıstan və Belarusla eyni xala malik olan ölkəmiz əlavə göstəricilərdə onları qabaqlayıb.

Qeyd edək ki, siyahıya 88,998 xalla İspaniya başçılıq edir.
Geri dön