Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda futboldan çıxan azarkeşlər metroya ziyan vurdular - FOTO

Bakıda futboldan çıxan azarkeşlər metroya ziyan vurdular - FOTO


12-07-2017, 12:07. Yazar: Xeberaz

İyulun 11-də Bakıda T.Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Samtredia" oyunundan çıxanlar Bakı metrosuna ziyan vurublar.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, oyundan sonra azarkeşlər metroda vaqona ziyan vurublar: 

"Bu şəkillər Bakı Metrosunun 1566 saylı vaqonundandır. Dünən Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi. Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma və lakin "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "insanlar" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti ilə alınan vaqonu bu vəziyyətə salıblar. Əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər".milli.az


Geri dön