Ana Sayfa > Karusel / Gündəm / Hadisə > "Həmin vaxt uşağın ürəyi dayanıb" - Əməliyyatda ölən Seymurun həkimi DANIŞDI

"Həmin vaxt uşağın ürəyi dayanıb" - Əməliyyatda ölən Seymurun həkimi DANIŞDI


11-07-2017, 14:03. Yazar: Xeberaz



 
 
 
10:55
 
 
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı araşdırma başlanıb. 
 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.
 
 
S.Əhmədova onu da qeyd edib ki, ölüm halı Səhiyyə Nazirliyinin Uşaq  və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrin araşdırması üzrə Komissiyası tərəfindən də araşdırılacaq.
 
 
Həmin Komissiyanın sədri, respublikanın baş pediatrı Nəsib Quliyev  açıqlamasında bildirib ki, ilkin məlumata görə, həmin uşaqda anafilaktik şok yaşanıb: “Buna da anestezik məqsədlə istifadə edilən dərman vasitələri səbəb olub. Amma materiallar tam araşdırılmamış dəqiq nə isə demək olmur. Hər bir uşaq ölümü istənilən halda faciədir. Hazırda xəstəxanadan uşağa məxsus sənədlərin göndərilməsini istəmişik. Xəstəliyin diaqnozu, hadisənin gedişi, baş vermə tarixinin qeyd edildiyi materiallar Komissiyaya daxil olduqdan sonra iclas keçiriləcək. Hazırda Komissiyamız tərəfindən araşdırma aparılır. Sənədlər gətirilsin, bu gün iclas keçiriləcək və gerçək səbəblər bilinəcək”. lent.az
 
 
 






Geri dön