Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ağdaş xəstəxanasında azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ağdaş xəstəxanasında azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb


11-07-2017, 12:06. Yazar: Xeberaz


Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb.
 
Bu barədə Ağdaş rayon prokurorluğundan bildirilib. Məlumata əsasən, faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Geri dön