Ana Sayfa > Karusel / Dünya / Maraqlı / M2 / Araşdırma > Bu qızlar karyerada daha uğurlu olacaqlar

Bu qızlar karyerada daha uğurlu olacaqlar


26-06-2015, 18:02. Yazar: Kenan

Bu qızlar karyerada daha uğurlu olacaqlar
Mütəxəssislər hansı ailələrdəki qızların karyerada daha böyük uğur əldə etməsini müəyyənləşdirib.

ABŞ-ın Harvard universitetinin alimləri dünyanın 24 ölkəsindən toplanmış məlumatlar əsasında araşdırma aparıblar.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, araşdırma hansı ailələrdə böyüyən qızların karyerada daha böyük uğur əldə edə biləcəyini müəyyənləşdirib.

Toplanan məlumatlara əsasən, müəyyən edilib ki, rəhbər vəzifə tutan hər 4 qadından birinin anası evdar qadın olub. Qalan üçünün anası isə işləyib. Bu da onu göstərir ki, evdar qadınlara nisbətən işləyən qadınların qızları iş həyatında daha çox uğur qazanırlar.

Lakin araşdırmanın nəticəsi tək bununla bitmir. Məlum olub ki, evdar qadınlara nisbətən işləyən qadınların qızları ev işlərinə o qədər də həvəsli olmasalar da, ailə daxilində daha asan münasibət qururlar. Hətta işləyən qadınların oğlanları da uşaqların tərbiyəsində daha həvəslə iştirak edirlər, nəinki evdar qadınların oğlanları.
Geri dön