Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ata söyüşünə görə qətl törədən idmançı ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

Ata söyüşünə görə qətl törədən idmançı ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB


10-07-2017, 14:47. Yazar: Xeberaz

14:35
Daxili İşlər Nazirliyi Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.
Iyulun 9-da Kəpəz rayonunun A.Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan (döyülmə xarakterli) meyiti tapılıb.
Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz RPİ və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
---------
13:04
"Gəncədə 39 yaşlı kişinin qətlə yetirən idmançının heç bir nailiyyəti olmayıb".
Bu barədə Azərbaycan Kikboks Federasiyasının mətbuat xidmətinin rəhbəri İntizarə Əbilova məlumat verib.
 
İ. Əbilova qeyd edib ki, Eldəniz Məmmədov  8 il qabaq kikboksla məşğul olub: "Bizim çempionlarla bağlı siyahımız var. Siyahıda bu şəxsin adı yoxdur. Gəncədə olan müəllimlərimizlə də əlaqə saxlamışıq. Belə adda idmançı olmadığını dedilər".
 
Kikboks Federasiyasının sözçüsü onu da qeyd edib ki, Eldəniz Məmmədov özü ifadəsində idmançı olduğunu deyib: "Mən məsələ ilə bağlı müstəntiqlə də əlaqə saxladım. Onlar bildirdilər ki, bu şəxs ilkin ifadəsində Azərbaycan çempionu olduğunu deyib. Biz KİV-ə bununla bağlı təkzib göndərəcəyik. Eldəniz Məmmədov adda Azərbaycan çempionu yoxdur".






Geri dön